Bakıda yol polisi protokol yazmağa kağız tapmadı - MARAQLI HADİSƏ

Oktyabrın 21-də Modern.az-ın avtomobil idarə edən əməkdaşı Nizami rayonunda yol polisinin 99-YP-276 dövlət qeydiyyat nömrəli avtomobilində xidmət aparan yol polis əməkdaşı tərəfindən saxlanıb. Əməkdaşımızı saxlayan polis əməkdaşı YPX avtomobilində tək olub. Yol polisi əməkdaşımıza təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə protokol tərtib edib. Əməkdaşımız protokolun kağız formasında təqdim edilməsini xahiş etdikdə, YPX əməkdaşı gözləməyi təklif edib və özü kağız arxasınca gedib. On dəqiqədən sonra geri dönən YPX əməkdaşı yenidən əməkdaşımıza yaxınlaşıb, bildirib ki, çap aparatında problem var, ona görə də yazılı protokol təqdim edə bilməyəcək.
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, sürücünün müfəttişdən hansısa narazılığı varsa, bununla bağlı 902 qaynar-xəttinə zəng edə bilər. “Bizə ünvanlanan bütün şikayətlər araşdırılır. Əgər sürücü hüququnun pozulduğunu düşünürsə, bununla bağlı rəsmi olaraq müraciət etsin ki, narazı olduğu bütün məqamlara da aydınlıq gətirilsin”.
Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, yol polisi əməkdaşı istənilən halda sürücüyə kağız protokol təqdim etməliydi: “Əgər yol polisi sürücünü saxlayır və onun hansısa qayda pozuntusunu deyirsə, bu halda sürücü qayda pozuntusunu törətdiyini etiraf edir və razılaşırsa, yerində müvafiq qərar çıxarılır. Sürücü razılaşmırsa, polis sadəcə protokol yazır və həmin protokola onu yazan yol polis əməkdaşının yuxarı vəzifəli şəxsi 10 gün müddətində yenidən baxmalıdır. Hər iki halda, qərar və ya protokol olsun, onu kağızda çap edib sürücüyə təqdim etməlidir. Bu təqdim olunmadığı halda, sürücü şikayət etmək hüququna malikdir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












