Balakəndə polis gənclərlə görüşüb - FOTOLAR

Balakən şəhər 2 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularındagörüş keçirilib.Tədbirdə polis əməkdaşları ilə yanaşı rayon ağsaqqallar şurasının sədri, Təhsil Şöbəsinin işçiləri, eləcə də məktəbin müəllimvə yuxarı sinif şagirdləri iştirak ediblər. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov “əsrin bəlası”na çevrilmiş narkomaniyanın bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biri olduğunu bildirib. O, narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının,o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Dini radikalizmin fəsadlarından söz açan E.Həsənov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. O, dini radikalizm, onun fəsadları və qarşısının alınması, cəmiyyətə vuracağızərər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib,bu mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.İslamın mədəniyyətimiz, mental dəyərlərimizlə sıx bağlı olduğunu bildirən Şöbə rəisi bu gün hər bir Azərbaycan vətəndaşının,xüsusilə də yeniyetmə və gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü söyləyib.
Tədbirdə erkən nikahın fəsadları barəsində çıxış edənlər gələcək ailələrin sağlam təməllər üzərində qurulması üçün valideynlərin də bu məsələyə daha ciddi yanaşmalarının vacibliyini bildirib,erkən nikahların daha çox bilgisizlikdən,cəhalətdən irəli gəldiyini qeyd ediblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Emin
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək










