Binəqədi DYP-nin binası 2 aydan sonra belə oldu – FOTO-VİDEO

Binəqədi rayon DYP Şöbəsinin binası 2 ay ərzində təmir edilərək elə bir görkəm alıb ki, görənlər təəccüblənir. Avtosfer.az xəbər verir ki, binanın yeni görüntüləri Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə yayılıb. Belə ki, təxminən 3 ay əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Binəqədi rayon Yol Polisi Şöbəsinə rəis təyin edilən polis mayoru Mərdan Əliyev binanı əsaslı şəkildə təmir etdirib. Həm daxili, həm də xarici görünü tamamilə dəyişən binada vətəndaşlara xidmət üçün hər cür şərait yaradılıb.
Əvvəllər Binəqədi yolunda gölməçə yarananda DYP-nin binasını da su basırdısa artıq bu problemin qarşısı tam alınıb. Binanın fasadı dəyişib, otaqlar tam təmir edilib. Şöbəyə gələn vətəndaşlar üçün gözləmə yeri, əməkdaşlar üçün isə xidməti otaqlar müasit standartlara cavab verən formaya salınıb. Binanın işıq təchizatını qorumaq üçün generator quraşdırılıb.
Dəhlizdəki lövhələrdə vətəndaşların qəbulu qaydaları və günləri barədə məlumat verilir. Artıq binaya hər yoldan ötən daxil ola bilməyəcək. Şöbənin binası qaydalar çərçivısində mühafizə olunur.
Avtosfer.az Binəqədi rayon DYPŞ-nin binasının təmirdən sonrakı videosunu, eləcə də əvvəlki və yeni fotolarını təqdim edir:








Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












































