Bu istirahət deyil, məsuliyyətsizlikdir – DİN-dən XƏBƏRDARLIQ - FOTO

Havaların isinməsilə vətəndaşlar ya rayonlara istirahət zonalarına, ya da çimərliklərə üz tutur. Bu isə öz növbəsində fərqli problemlərə gətirib çıxarır. Bir neçə gündür çimərlikləri zibilləməklə bağlı vətəndaşlar maarifləndirilir, təkrar şəkildə çimərliyi zibilləyənlər isə cərimələnirlər. bir müddət əvvəl isə Sumqayıt çimərliyində vətəndaşlardan birinin avtomobillə çimərlikdə hərəkət etməsi və maşını dənizdə batırması gündəm olmuşdu. Bu mövzuda Daxili İşlər Nazirliyi (DİN) dəfələrlə vətəndaşlara müraciət etsə də, bu halların təkrarlandığının şahidi oluruq.
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bildirilir:
“Bu istirahət deyil, məsuliyyətsizlikdir.
Dəniz sahilinə maşınla daxil olmaq istirahət edənlərin həyatına birbaşa təhlükədir.
Görüntüdə polis əməkdaşı sürücüyə bunun qanunsuz və təhlükəli olduğunu izah edir. Düşünün, bu avtomobil azyaşlının oynadığı yerə daxil ola bilərdi…
Unutmayaq ki, sürücülük məsuliyyətdir, istirahəti faciəyə çevirməyin”.
Səfər

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












