Bu ölkədə polis təcrübəsiz sürücülərə telefona görə cərimə yazmır

Sürücünün mobil telefondan istifadəsi nəticəsində törədilən qəzaların sayı bütün dünyada artır. Yol qəzalarının 8 faizi məhz mobil telefondan istifadəyə görə baş verir. Buna görə də, bəzi ölkələr çox sərt tədbirlərə əl atır.
Avtosfer.az xəbər verir ki, Belçikanın Flandriya və Brüssel regionları telefondan istifadə edən sürücülərlə bağlı cəzaları sərtləşdirib. Mobil telefondan hərəkət vaxtı istifadə edən sürücü dərhal 174 avro (343 AZN) cərimələnir. Sürücü qərarla razılaşmayaraq işin məhkəmədə həllini tələb etdikdə cəza daha ağır olur. Məhkəmə şəraitdən asılı olaraq 4000 avroyadək (təqribən 7900 AZN) cərimə təyin edə, sürücülük hüququnu 1 həftədən 5 ilədək məhdudlaşdıra bilər.
İşin maraqlı tərəfi başqadır: adı çəkilən əyalətlərdə polis 2 ildən az sürücülük stajı olanlara sükan arxasında mobil telefondan istifadəyə görə cərimə yaza bilməz. Onların işinə yalnız məhkəmə baxır və cəzaları da təcrübəli sürücülərdən daha ağır olur.
Bəs belçikalı sürücülər qaydaya nə qədər əməl edirlər? Antverpen əyalətində bu ilin ilk 6 ayı ərzində 3000 sürücünün hüququ 15 gün məhdudlaşdırılıb. Əvvəlki illərlə müqayisədə mobil telefondan istifadə edən sürücülərin statistikasında kəskin azalma müşahidə olunur.
Vüqar
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












