Daxili İşlər Nazirliyindən daha bir yenilik – Rus və ingilis dillərində xəbərlər yayılır

Son illər əksər dövlət qurumlarının sosial şəbəkələrdə səhifələri ərsəyə gəlib və əhali tərəfindən də maraqla qarşılanır. Bu sahədə DİN-in “Feysbuk”, “İnstagram”, “Youtube” və “Tvitter” sosial şəbəkələrindəki rəsmi səhifələri birincilərdəndir. Bu qurumun “İnstaqram” səhifəsində daha bir yenilik diqqətimizi cəlb etdi. DİN-in “İnstagram”dakı “Azerbaycan.din” adlı səhifəsində xəbərlər ana dilimizlə yanaşı, həm də rus və ingilis dillərində yayımlanmağa başlayıb. Bununla əlaqədar müraciətimizə cavab verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev Avtosfer.az-a bildirdi ki, həmin səhifələr daxili işlər orqanlarının fəaliyyətinin şəffaflığının təmini, ölkədə insan hüquq və azadlıqlarının təmini ilə əlaqədar ictimaiyyətlə əlaqələrin daha da sıxlaşması, fəaliyyətin şəffaflığının təmini zərurətindən irəli gəlib. Səhifələrimizdə DİN rəhbərliyinin görüşləri, bu qurumda baş verən yeniliklər, veteran hərəkatı, polis əməkdaşlarının əldə etdiyi idman uğurları, insan hüquq və azadlıqlarının qorunması, oxucuların təşəkkür məktubları, xidmətə qəbulla bağlı və digər məzmunlu elanlar, cinayətlərin açılması, polis sisteminin xilasedici mahiyyətinin açıqlanması, bir sözlə, gündəlik fəaliyyətimiz barədə informasiyalara yer alır. “Azərbaycanda turizmin inkişafını, əcnəbilərin ölkəmizə marağının daha da artmasını nəzərə alaraq onların da ölkəmizdəki təhlükəsizlik şəraiti, asayişin qorunması barədə ətraflı məlumat ala bilmələri, o cümlədən, DİN-in əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və qurumların da bu informasiyalarla tanış olmaları üçün “İnstaqram” səhifəsindəki xəbərlərimizi həm də ingilis və rus dillərində paylaşırıq.
Xatırlatmaq istəyirəm ki, DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə bu linklərdən istifadə edərək daxil ola bilərsiniz:
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki (https://www.facebook.com/mia.gov.az/)
İnstagram – azerbaycan.din
keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












