DİN İdman Cəmiyyətinin komandası 2-ci yerə çıxdı - FOTO

Bir qədər əvvəl start götürən cüdo üzrə respublika çempionatının qalibləri artıq məlumdur. Bu yarışda DİN İdman Cəmiyyətinin komandası inamla çıxış edərək ümumi hesabda ikinci yerə sahib olub.
İstefada olan polis polis polkovniki Zakir Kərimovun hazırladığı komandanın üzvlərindən Elmira Mustafayeva çəkisi 57 kiloqramadək olan idmançılar sırasında qızıl medal, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova çəkisi 60 kiloqramadək olan idmançılar arasında bürünc medal qazanıblar.
Kişilərin yarışında Rəşad Yelkiyev (60 kiloqram) və Süleyman Yaqubov (100 kiloqram) respublika çempionu olublar.
Xatırladaq ki, bundan əvvəl R.Yelkiyev Macarıstanda keçirilən beynəlxalq turnirə qatılıb və həmin yarışda da inamla iştirak edərək mükafatlarına bürünc medal əlavə edib.
Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı (100 kiloqram) gümüş, Ayxan Cəfərov isə (+100 kiloqram) bürünc medallar qazanıblar.
Qazandıqları nailiyyətlərlə əlaqədar DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova cüdoçularımızı təbrik edib. Komandamızın təlim-məşq prosesinin bundan sonra da diqqətdə saxlanacağını bildirərək, onlara yeni uğurlar arzulayıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












