DYP-dən sürücülərə sürət həddi ilə bağlı MÜRACİƏT

Yollarda baş verən ağır nəticəli qəzalara səbəb olan əsas amillərdən biri yüksək sürətdir. Müşahidələr göstərir ki, sürət həddinin aşılması nəticəsində baş verən qəzaların bir çoxu faciəvi sonluqla bitir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, sürət həddinin müəyyən edilməsində məqsəd nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Hər bir yol sahəsi üçün müəyyən edilən sürət limiti həm yolun texniki xüsusiyyətləri, həm də təhlükəsizlik tələbləri nəzərə alınmaqla müəyyən olunur. Lakin bəzi sürücülər bu qaydaları pozaraq, yüksək sürətlə hərəkət etməklə təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar: "Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət zamanı sürücünün reaksiyası üçün tələb olunan vaxt azalır, tormoz məsafəsi isə əksinə, bir neçə dəfə artır. Bu isə qəzanın qarşısını almağı demək olar ki, mümkünsüz edir. Nəticədə bir anlıq ehtiyatsızlıq bəzən bir ailənin faciəsinə çevrilir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə bir daha müraciət edərək, sükan arxasında məsuliyyətli davranmağa, sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












