DYP-dən xəbərdarlıq: “Sürücülər oxuyub əzbərləsinlər, noyabrın 15-dən…” - VİDEO

Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib. Həmin avtomobillərin sürücləri üçün paytaxt ərazisində rahat hərəkət etmələri üçün müxtəlif istiqamətlər müəyyənləşdirilib. Noyabrın 15-dən sonra isə nəzərdə tutulan yollardan kənara çıxan sürcülər cərimələnəcək.
Bununla yanaşı, sürücülərə Paytaxta cənub girişdən, Lökbətan dairəsi-Sulutəpə qəsəbəsi-Binəqədi yolu, Mehdiabad yolu-Balaxanı-Zabrat yolu, şimaldan isə Sumqayıt yolu - Biləcəri qəsəbəsi və Baksol yoluna daxil olmaqla tikinti materaialları satılan Ziya Bünyadov prospektinə getməyə icazə verilir. Sürücülər həmçinin "Çermet" körpüsünün altı, Ziya Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən - Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə, Mərdəkan -Şüvəlan yolu, Qala-Türkan -Pirallahı yolu, Hövsan -Yeni Günəşli-Mehmandarov küçəsi-Neapol dairəsi yolundan da istifadə edə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, 2015-ci ildə Nazirlər Kabinetinin ''Yol Hərəkəti Komissiyası''nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərinə paytaxa səhər saat 7:30-dan 20:00-a qədər giriş qadağan edilib. Noyabrın 15-dən sonra qaydaları pozan yük avtomobilləri dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək.
Müəyyənləşdirilən marşurutdan kənara çıxan sürüclər isə 40 manat miqdarında cərimə olunacaqlar.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












