DYP Gəncədə parklanmaya görə cərimə məsələsinə aydınlıq gətirdi - VIDEO

Baş Dövlət Yol Polisi İdarəsi Gəncə şəhərində sürücülərin qanunsuz olaraq dayanma-durma qaydalarını pozmağa görə YPX əməkdaşları tərəfindən cərimə yazılması barədə Avtosfer.az saytında yayımlanan məlumata münasibət bildirib.
İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, həmin ərazidə sürücülərin dayanma-durma qaydalarını pozmasına görə, cərimələnməsi qanunauyğundur. Belə ki, "Yol hərəkəti haqqında qanun"un 52-ci maddəsinin ikinci hissəsinə əsasən həmin ərazidə parklanma qadağan edilib. Onun sözlərinə görə, yolun sol tərəfində nəqliyyatın əks istiqamətinə dayanmaq qanunaziddir. Yolun digər tərəfində isə nişan var.
Bu baxımdan ərazidən çəkilən fotodan da göründüyü kimi, orada parklanma yol nişanı ilə qadağan edilib. Lakin bəzi sürücülər qadağa zonasında avtomobili park etdiyinə görə onların barəsində inzibati protokol tərtib olunub.
Fotonu Avtosfer.az Kamran Əliyev özü təqdim edib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












