DYP qayda pozan piyadalarla bağlı tədbirlər keçirdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tədbirlərini davam etdirir.
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, eləcə də yolun hərəkət hissəsinə qəfil və gözlənilməz daxil olmaları qəza riski yaradır:
"Xüsusilə magistral yollarda belə hərəkətlərə yol verilməsi çox zaman faciələrlə nəticələnir. Bu baxımdan piyadaların intizamlı davranışı və qaydalara ciddi riayət etməsi həyati əhəmiyyət kəsb edir.
Bütün bunlar nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, eyni zamanda yol hərəkəti qaydalarını pozaraq sürücülər üçün təhlükə yaradan piyadalar inzibati məsuliyyətə cəlb edilirlər.
Bir daha xatırladırıq ki, yol hərəkəti qaydalarının pozulması nəinki qanunvericiliklə məsuliyyət yaradır, həm də insanların həyatını təhlükə altına qoyur. Hər bir hərəkət iştirakçısından tələb olunur ki, yollarda intizamlı olsun və qaydalara ciddi riayət etsin".
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
Motosikletlə təhlükəli hərəkətlər cəsarət deyil, həyatla oynamaqdır - Rövşən Tağıyev - VİDEO
DYP dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ - VİDEO
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO












