DYP Şəkidə maaifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi, polisin digər xidmət sahələrinin əməkdaşları ilə birlikdə təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirir. 2018/2019-cu tədris ilində Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında həmin tədbirlərin tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulub.
Növbəti tədbir, 02 oktyabr 2018-ci il tarixdə Şəki rayonu, Çayqaraqoyunlu kənd tam orta məktəbində, 16 oktyabr 2018-ci il tarixdə isə Şəki rayonu, Qozlubulaq kənd tam orta məktəbində keçirilib.
Tədbirdə, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev və Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar verilib.
Polis baş leytenantı Tural Niftalıyev təhsil müəssisələrinin direktorlarına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edilib.
Tədbirlərin yekununda, mövzularla bağlı məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılmış, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq rayonun digər təhsil müəssisələrində də keçiriləcəyi qeyd olunub.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















