DYP Şəkidə məktəbliləri maarifləndirdi - FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkomaniyaya yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsi, rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirir. 2018/2019-cu tədris ilində ŞəkiŞəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında həmin tədbirlərin tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulub.
Yeni dərs ilində, bu istiqamətdə ilk tədbir,21 sentyabr2018-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kənd tam orta məktəbində keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, Şəki Rayon Prokuroru,baş ədliyyə müşaviri Elmar Camalov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev və digərləri çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar veriblər.
Növbəti tədbir, 25 sentyabr 2018-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kənd tam orta məktəbində keçirilib.
Tədbirdə, ŞəkiŞəhər-Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Qabil İsmayılov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev və digərləri çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar veriblər.
Hər iki tədbirdə, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar respublikamız ərazisində sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət, Uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verilərək məktəblilərə piyadanın vəzifələri yazılmış vərəqələr paylanib.
Tədbirlərin yekununda,məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılmış, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq rayonun digər təhsil müəssisələrində də keçiriləcəyi qeyd olunub.
Fərid
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi













