DYP Şəkidə növbəti maarifləndirmə tədbiri keçirib - FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkomaniyaya yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsi, rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirir. 2018/2019-cu tədris ilində Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında həmin tədbirlərin tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulub.
Növbəti tədbir, 05 oktyabr 2018-ci il tarixdə Şəki rayonu, Şəki kənd tam orta məktəbində keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar veriblər.
Tədbirdə, kənd İcra nümayəndəsi, Bələdiyyəsi və valideynlər də iştirak etiblər.
Tədbirin yekununda, məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq rayonun digər təhsil müəssisələrində də keçiriləcəyi qeyd olunub.
Orxan
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO











