"Ekologiya postu"nda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirildi - Cərimələnənlər var - FOTO

Oktyabrın 20-dən etibarən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir keçirilib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, havanın çirklənməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülüb.
Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Onlara nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri barədə məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edərək nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə saxlamağa, atmosferin çirklənməsinə yol verməməyə və sağlam ekoloji mühitin qorunmasına töhfə verməyə çağırır.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO














