Ən güclü atletlərin yarışında polislər də var - FOTO

Sentyabrın 22-dən 24-dək pauerliftinq üzrə ölkə kuboku yarışı keçirilib. Respublikamızın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsində polis idmançılar da yüksək nəticələr əldə ediblər.
İsmayıllı RPŞ-nin əməkdaşı, altıqat dünya çempionu Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyaraq turnirin baş mükafatına sahib olub.
Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, dəfələrlə dünya və Avropa çempionatlarının iştirakçısı və qalibi Razim Hüseynov isə ən ağır çəkili pəhləvanların sırasında “bench press” (ştanqı sinədən qaldırma) hərəkətini yerinə yetirərkən 240 kiloqram nəticə ilə medal kolleksiyasına daha bir qızıl medal əlavə edib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov çəkisi 80 kiloqramadək olan idmançılar arasında “deadlift” (ştanqı qurşağadək dartma) hərəkətində 212,5 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsində yer alıb.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














