Etimadı layiqincə doğruldurlar – Mühafizə polisləri

Mühafizə polisi mühüm sosial və strateji obyektlərin, eləcə də xidməti ərazidə yerləşən çoxlu sayda fərdi yaşayış evlərinin etibarlı mühafizəsini təşkil etməklə yanaşı ictimai asayişi qorumaqda və cinayətkarlıqla mübarizədə sayıq xidmət aparır. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən aparılan xidmət paytaxtla yanaşı, bölgələrdə də yüksək qiymətləndirilir.
Ölkəmizin şimal bölgəsində yerləşən Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsi və tabeçiliyində olan Qusar Rayon Mühafizə Bölməsi tərəfindən göstərilən xidmət sakinlər tərəfindən müsbət qiymətləndirilir. Quba və Qusar rayonlarında regional mühafizə xidmətinin əməkdaşları tərəfindən ümumilikdə 614 obyekt mühafizə olunur, onlardan 225-i müasir siqnalizasiya sistemləri ilə təchiz olunub. Bundan əlavə, rayon sakinlərinə məxsus yaşayış evlərinin də mühafizəsi əməkdaşlar tərəfindən hüquqazidd əməllərdən mühafizə edilir ki, bu da öz növbəsində vətəndaşlar tərəfindən yüksək qiymətləndirilərək, minnətdarlıqla qarşılanır.
Quba Rayon Regional Mühafizə Şöbəsi və tabeçiliyində olan Qusar Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən aparılan ayıq xidmət öz nəticəsini verir. Belə ki, cari ilin 11 ayı ərazində mühafizə olunan obyektlərdən oğurluq etmək istəyən 3 nəfər şəxs, həmçinin rayon ərazisində ictimai qaydaları pozan 10 və axtarışda olan 2 nəfər şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə mühafizə xidmətinə 8 xidməti avtomobil təhkim olunub ki, bunlardan 2-si ilə xidmətin əməkdaşları tərəfindən rayon ərazisində tutucu qrup, 6-sı isə xidmətin təşkili və aparılmasında istifadə edilir.
Xidmətin əməkdaşlarının fiziki hazırlığı da yüksək səviyyədədir. Sıralarında idman yarışlarında iştirak edərək yüksək mükafatlara layiq görülənlər də var. Qusar Rayon Mühafizə Bölməsinin əməkdaşları, polis serjantları Elnur Paşayev, Zamir Səfərbəyov və Tofiq Abbasov apardıqları nümunəvi xidmətdən əlavə idman nailliyyətləri ilə də fərqlənirlər. Adı çəkilən əməkdaşlar idmanın armrestlinq növü ilə dəfələrlə güc çoxnövçülüyü üzrə DİN birinciliklərində iştirak edərək, baş mükafatlara sahib olublar.
Baş Mühafizə İdarəsinin regional xidməti tərəfindən hüquqi və fiziki şəxslərlə mütəmadi olaraq görüşlər keçirilir və onlara əmlaklarının hüquqazidd əməllərdən qorunması üçün tövsiyələr verilir. Vətəndaşlar obyektlərinin və fərdi yaşayış evlərinin etibarlı mühafizəsini regionlarda xidmət göstərən mühafizə xidmətinə həvalə edirlər. Bunun nəticəsidir ki, respublikamızda obyektlərinin və mülklərinin mühafizəsini bu quruma etibar edənlərin sayı gündən-gündən artmaqdadır.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













