Moto sürücüsü iki avtobusun arasında qaldı - DYP görüntüləri yaydı - VİDEO

Oktyabrın 30-u saat 12 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Hyundai” markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün xəsarət alması ilə nəticələnib.
Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladıb.
Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Dəyərli sürücülər! Özümüzün və başqalarının həyatına biganə qalmayaq!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












