Piyadalar niyə qəza qurbanı olur? - Şəkidə DYP bu suala cavab verib – FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru, polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarının təbliği və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir bu gün Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki flialında keçirilib.Tədbir zamanı tələbələrə “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsi - “Piyadanın vəzifələri” barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb. Tələbələrə küçə və yollarda hərəkət edərkən mobil telefondan, qulaqlıqlardan istifadə etməmələri tövsiyyə edilib. Qeyd edilib ki, küçə və yollarda hərəkət edən zaman qulaqlıqdan istifadə edərək mobil telefonla danışarkən və ya musiqiyə qulaq asarkən yaxınlaşan nəqliyyat vasitələrinin səsinin eşidilməməsi, bununla da, piyadaların özlərinin və nəqliyyat vasitələrinin sürücülərinin həyat və sağlamlığını təhlükə altına salmaları xüsusi vurğulanıb.
Təbliğat və Təşviqat Üzrə İnspektor, polis baş leytenantı Tural Niftalıyev universitetin giriş-çıxış qapısının yanında və ya dəhlizində daha aydın görünən yerdə asılması üçün “Piyadanın vəzifələri” yazılmış DYP guşəsini təhsil müəssisəsinin rəhbərliyinə təqdim edib.
Qeyd olunub ki, görülmüş bütün bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki flialının direktor müavini Nuralı Çələbiyev, tələbələrlə bu cür maarifləndirici görüş keçirdiyinə görə Şəki Şəhər-Rayon Polis Şöbəsinə universitetin rəhbərliyi və tələbləri adından minnətdarlığını bildirib.
Tural Niftalıyevin sözlərinə görə, təhlillər aparılıb və müəyyən edilib ki, respublikamız ərazisində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına daha çox yeniyetmələr və gənclər tərəfindən yol verilir. Buna görə də universitet və kolleclərdə təhsil alan tələbələrin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi zərurəti yaranır.
Emin
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi













