Piyadalar yolu necə keçməlidir? - Yol polisi qaydaları açıqladı - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etmələri ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi həm onların, həm də sürücülərin həyatı üçün ciddi təhlükə yaradır. Belə halların əksəriyyəti ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olur.
Qanunvericiliyə əsasən, piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran maneənin arxasından çıxmazdan əvvəl yaxınlaşan avtomobilin olmadığından əmin olmalıdırlar. Həmçinin, nizamlanmayan piyada keçidlərində yolu keçməzdən öncə avtomobillərin məsafəsini və sürətini düzgün qiymətləndirərək yalnız təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkət etməlidirlər.
İdarə piyadalardan xahiş edir ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi qaydalara qeyd-şərtsiz əməl etsinlər və öz həyatlarını təhlükəyə atmasınlar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












