Piyadaları maşın niyə vurur? - DYP hadisələrin səbəblərini AÇIQLADI

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, piyada vurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar.
"Müşahidələr göstərir ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur".
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xatırladıb ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, svetoforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
"Yolu keçərkən mobil telefondan və qulaqcıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini demək olar ki, mümkünsüz edir.
BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır.
Unutmayaq ki, təhlükəsiz davranış nümayiş etdirən hər bir piyada həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumuş olur".
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












