Polis güləşçilər yarışda uğur qazandılar - FOTOLAR

Noyabrın 26-dan 28-dək sərbəst güləş üzrə DİN çempionatı keçirilib. Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova və Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev idmançılara uğurlar arzulayaraq, yarışı açıq elan ediblər. Bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Naxçıvan MR DİN və Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıblar.
Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Bədir Sadıqov (61 kiloqram, Naxçıvan MR DİN), Eldar Məmmədov (65 kiloqram, DQ), Nadir Şərifov (70 kiloqram, DQ), Elvin Dövlətov (74 kiloqram, DQ), Ali Bayramov (84 kiloqram, DQ), Elmir Şirinov (97 kiloqram, Gəncə ŞBPİ) və Üzeyir Yusifov (125 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyov iştirak edib.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO















