Polis Nizamidə yerləşən orta məktəbdə maarifləndimə tədbiri keçirib - FOTO

Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 251 saylı tam orta məktəbdə “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndimə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov mütəmadi təşkil olunan bu tədbirlərin məqsədinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, eləcə də erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib.
Polis əməkdaşları şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri barədə danışıb, həmçinin erkən nikahın təhsildən yayınmaya və sosial fəsadlara səbəb olması, eyni zamanda internet mühitində mövcud olan kibertəhlükələr barədə ətraflı məlumat veriblər.
Şagirdlərə sağlam həyat tərzi sürmələri və mükəmməl təhsilə yiyələnərək doğru yol seçmələri tövsiyə olunub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














