Polis orta məktəblərdə maarifləndirici tədbirlər keçirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə ucqar kəndlərdə maarifləndirmə tədbirləri davam etdirilir. “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” ,“Dini radikalizmə qarşı birgə mübarizə ” və “ Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri rayonun Qayabaşı kənd orta məktəbində keçirilib. Tədbirdə kənd icra nümayəndəliyi, sakinlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində gənclərə ətraflı məlumat verib. Narkomaniyanın gənclər arasında daha tez yayıldığını deyən Ə.Rzayev bu baxımdan onların maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra dini radikalizmdən söz açan ŞRPŞ-nin rəisi din pərdəsi arxasında gizlənib, mənfi əməllərlə məşğul olanların cinayətkar xislətindən söz açıb. Ölkəmizdə bu işlə məşğul olanlara qarşı ciddi tədbirlərin görüldüyü barədə məktəbliləri məlumatlandırıb. Gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.
Erkən nikahdan da söz açan rəis bu kimi halların ölkəmizdə qanunla qadağan olunduğunu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.
Analoji tədbir Zaqatala RPŞ-nin təşkilatçılığı ilə şəhərin 1 saylı orta məktəbində də keçirilib. Polis əməkdaşları dövrün aktual mövzuları barəsində gəncləri bilgiləndirib, onlara dəyərli məsləhətlər verilib. Sonda gənclərin suallarını cavablandıran polislər belə problemlərin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacib olduğunu və şagirdlərə də belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyatı qurumlara məlumat verilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Mahir Məsimov,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















