Polis serjantı qızıl medal qazandı - FOTO

Noyabrın 24-dən 26-dək “Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilib. 18 ölkədən 500-dək idmançının qüvvəsini sınadığı yarışlarda aypara, batur, caymaz və qurşaq sistemləri üzrə ən güclü atletlər müəyyənləşib. Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Tural Əliyev üçün də bu yarış uğurlu olub. O, bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, təmsilçimiz məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. T.Əliyev İslam Oyunlarının gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.
Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















