Polislər yaşatmaq üçün qan verdilər - FOTO

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya instititunun əməkdaşlarının iştirakı ilə Şəki Şəhər Rayon Polis Şöbəsində Talassemiyalı və Hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada ŞRPŞ-nin şəxsi heyəti fəal iştirak edib. Onlar bu kimi xeyriyyəçilik tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər. Sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Emin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO















