Qaçırdığı avtomobillə qayda pozub özünü ələ verdi; polis atəş açıb saxladı - VİDEO

Qaçırdığı avtomobillə qayda pozaraq polisin “Saxla” əmirinə tabe olmayan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Kamçatka bölgəsinin Yelizovski rayonunda baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk “Telegram” kanalında məlumat verib.
Bildirilib ki, sürücü idarə etdiyi avtomobillə yolun əks istiqamətinə çıxıb və bu ərazidə xidmət aparan yol patrul əməkdaşlarının diqqətini çəkib. Bundan sonra polis əməkdaşları “Saxla” əmrini veriblər, lakin qayda pozan şəxs məhəl verməyərək yayınmağa başlayıb. Təqibə başlayan patrul əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlığa baxmayaraq şübhəli yenə yoluna davam edib. Bir müddət davam edən qovdu-qaçdı polis əməkdaşlarının öncə havaya daha sonra isə avtomobilin təkərlərinə atəş açmağa məcbur qoyub. Buna baxmayaraq o, sürəti daha da artırıb və sonda nəqliyyat vasitəsi Severnıye Koryaki kəndində saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs Tomsk şəhərinin əvvəllər məhkum olunmuş 35 yaşlı sakinidir. Polis əməkdaşları onun avtomobili oğurladığını və bundan əlavə də onun avtomobil idarə etmək hüququ olmadığını müəyyən edib.
Sürücü nəzarətə götürülüb, barəsində avtomobil oğurluğu maddəsi ilə cinayət işi açılıb, həmçinin bir neçə inzibati protokol da tərtib edilib.
Namiq Musayev
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












