Qanunu bilməyən sürücü özünü gülməli duruma saldı: "Yaxşı edib..." - VİDEO

Bakıda yol polisi ilə sürücü arasında olan dialoqun videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşı sürücünü dayandıraraq bu barədə məlumat verir. Sürücü isə "yaxşı edib kəmər taxmır" deyərək polis əməkdaşına qarşı kobudluq etməyə başlayıb. Onun bu cür cavabına baxmayaraq, polis əməkdaşı nəzakətli davranaraq təlimata uyğun hərəkət edib.
Sürücü daha sonra "yaşlı qadındır, kəmər taxa bilmir" deyərək özünə haqq qazandırmağa çalışıb. Videodan da görünür ki, o, polis əməkdaşının qanuni iradına aqressiv və qərəzli münasibət göstərib.
Unutmaq olmaz ki, təhlükəsizlik kəməri sürücü və sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub və qanunvericiliyin tələbinə əsasən istifadə olunmalıdır. Sərnişin kəmər taxmayıbsa, bununla bağlı qanunla nəzərdə tutulan tədbir görülməli və cərimə tətbiq edilməlidir.
Digər tərəfdən, hər hansı narazılıq yarandıqda belə, polis əməkdaşları ilə kobud şəkildə danışmaq, qanuni tələblərə hörmətsizlik etmək doğru deyil. Həm yol hərəkəti qaydalarına əməl etmək, həm də qarşılıqlı hörmət göstərmək hər bir vətəndaşın məsuliyyətidir.
Fərid
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












