Qubada polis şagirdlərə dərs keçdi - FOTOLAR

Yol polisi 2 Noyabr 2018 08:12 Oxunub 9465
Qubada polis şagirdlərə dərs keçdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da ən vacib dərslərdəndir

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Quba rayonunda yerləşən on ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirləri ilə görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin pedaqoji heyəti və KİV nümayəndələri iştirak ediblər. Tədbiri açan Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, “Narkotiklər haqqında nə bilirik”, “Narkotik, yoxsa həyat”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları” mövzularında çıxış edərək, əsrin bəlasına çevrilən narkomaniyanın yaratdığı sosial problemlərdən, insan səhhətinə vurduğu zərərlərdən, dini radikalizm və erkən nikaha daxilolmalar və fəsadları haqqında danışıb. O bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən dövlətçilik ənənələrimizin daha da güclənməsi nəticəsində ölkəmiz bu gün dünya birliyində öz layiqli yerini tutur, regionda sülhə, sabitliyə öz dəyərli töhfəsini verir. Əldə olunmuş uğurları daha da inkişaf etdirməyin, ölkəmizin mənafelərinin bundan sonra da layiqincə qorunmasının sağlam, vətənpərvər gənclərdən aslı olduğunu bildirən S.Neymətov, şagirdlərə pis vərdişlərdən, əsasən də əsrin bəlası olan narkotik maddələrdən uzaq durmalarını tövsiyə edib. Narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın fəal mövqe sərgiləməsinin zəruriliyini bildirən rəis, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizə barədə məlumat verib. O, qeyd edib ki, narkomaniyaya düçar olmuş şəxsin normal həyata qayıtması üçün hər bir kəs əlindən gələn köməyi əsirgəməməlidir.
Çıxışını davam etdirən polis rəisi, erkən nikahın ölkəmizdə qanunla qadağan olunduğunu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib. Həmçinin erkən nikahın əksəriyyətinin gələcəkdə boşanmalarla bitdiyini bildirən S.Neymətov, gənclərə bütün diqqətlərini təhsilə yönəltmələrini və gələcəyin savadlı mütəxəssisləri, layiqli vətəndaş olmağı məsləhət bilib. 
Sonra çıxış edən Quba RPŞ-nin rəis müavinləri, polis polkovnik leytenantları Bəhruz Bədəlov və Kənan Məmmədov, daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə geniş məlumat veriblər. Dini radikalizm mövzusuna da toxunan rəis müavinləri, ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən dini qruplaşmalara qarşı görülən sərt tədbirlərdən danışaraq, ölkədə radikal dini təriqətlər tərəfindən baş verə biləcək terror aktlarının qarşısının vaxtında alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən təxirəsalınmaz tədbirlər barədə məlumat veriblər.
Quba RPŞ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov keçirilən tədbirin mahiyyəti və zəruriliyini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov ölkəmizdə narkomanlığın, erkən nigahların və zorakılığın qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirildiyini və bu işdə ailənin, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.

 

Nizam Həmidov,
polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh