Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadaların maarifləndirilməsi məqsədilə profilaktik tədbir həyata keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci sahə yaşayış massivində baş tutub.
Piyada keçidləri olduğu halda yolu təhlükəli şəkildə keçidin kənarından keçən piyadalar aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb, qayda pozuntusunun faciə ilə nəticələnə biləcəyi diqqətlərinə çatdırılıb. Eyni zamanda, qaydaları kobud şəkildə pozan 7 piyada Səbail rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən cərimə edilib.
Bəzi piyadalar keçidin yaxınlığında qayda pozmalarını tələskənliklə əsaslandırsalar da, yol polisi əməkdaşları onların diqqətinə çatdırıblar ki, bu cür tələskənlik faciə ilə nəticələnə bilər. Buna görə də hər bir halda yol hərəkəti qaydalarına əməl edilməlidir. Yolu təhlükəsiz şəkildə keçmək ən doğru seçimdir.
Eltac
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO




















