Şəhid övladının sükan arxasında halı pisləşdi, köməyə yol polisləri gəldi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda dayanan “Hyundai” markalı avtomobilin sürücüsü –Taleh Əsədov qəza dayanma işıqlarını yandırıb və aramsız səs siqnalı verməklə kömək çağırıb.
Avtosfer.az xəbər verir ki, YPX Alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib və əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib.
Şəhid övladı, qazi Taleh Əsədov xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












