Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO

Antiterror tədbirləri zamanı şəhid olmuş polis və Daxili Qoşunların hərbi qulluqçularının əziz xatirəsinə həsr edilən cüdo üzrə Daxili İşlər Nazirliyinin açıq çempionatı keçirilib.
Avtosfer.az xəbər verir ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının birgə təşkilatçılığı ilə keçirilən çempionatda polis əməkdaşları ilə yanaşı, digər dövlət qurumlarının təmsilçiləri də mübarizə aparıblar. Yarışı şəhid ailələrinin üzvləri, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, eləcə də Azərbaycan Cüdo Federasiyasının nümayəndələri izləyiblər.
Çempionatın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, onların ailələrinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. Daha sonra çempionatın yarışlarına start verilib. İdmançılar müxtəlif çəki dərəcələri üzrə güclərini sınayıb, qalib adı uğrunda mübarizə aparıblar. Yekunda fərqlənən idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Komanda hesabında birinci yeri tutan DİN-in cüdo komandası isə çempionatın xüsusi kubokuna layiq görülüb.
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
















