Şəkidə yol polisi piyadaları maarifləndirir - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi bölməsi (DYPB) hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici tədbir zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib, piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.
Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















