Səkilərdə avtomobil saxlayanlar 40 manat cərimələnəcək: DYP xəbərdarlıq etdi

Son günlər sosial şəbəkələrdə avtomobilinin üzərində A4 vərəqdə sürücülərə parklanma ilə bağlı "xəbərdarlıq" yazısı olan fotolar paylaşılıb. İddialara görə bunu DYP əməkdaşları avtomobillərin üzərinə yapışdırıblar. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, dərs ilinin başlaması ilə əlaqədar DYP tərəfindən maarifləndirmə işləri davam etdirilir. Eləcə də bir daha yol hərəkəti haqqında qanunun tələblərinin təbliğ edilməsi istiqamətində də işlər aparılır.
Məlum olduğu kimi Bakı şəhər ərazisində avtomobillərin parklanma qaydalarını pozması süni sıxlıq yaradır. Yol nəqliyyat hadisələri baş verir. Bu sahə üzrə yol polisləri tərəfindən inzibati tənbeh tədbirlərinin görülüb- görülməməsindən asılı olmayaraq hər bir sürücünü düşündürməlidir. Yəni piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobillərin dayanması yol hərəkəti haqqında qanunun tələblərinin pozulması kimi başa düşülməlidir. Belə ki, İXM-də göstərildiyi kimi avtomobillərin səkilərdə dayanması və hərəkəti inzibati xəta tərkibi yaradır ki, bu da 327.1 maddəsinə uyğun olaraq 40 manat cərimə edilib. Bu kimi vasitələrdən istifadə etməklə xəbərdarlıq edilməsi qanunun tələblərinin pozulması deyil. Belə informasiyanı yaymaqla polisin işgüzar nüfuzuna xələl gətirilməməlidir.
V. Əsədov onu da əlavə edib ki, burda hər hansı qanunazidd əməl yoxdur. Eyni zamanda səkilərin üzərində avtomobil saxlanması və hərəkəti aşkarlanarsa YPX əməkdaşları qanuna uyğun olaraq həmin sürücünü 40 manat cərimələyəcək.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












