Son günlər baş verən ağır qəzalarda sərxoş sürücülərin də payı varmış - DYP rəqəmləri açıqladı

"Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir". Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib: "Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir".
Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələr təkcə sürücünün deyil, eyni zamanda, digər yol hərəkəti iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir göstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz iz buraxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər bir vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət daşıyır.
"BDYPİ bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır", - deyə müraciətdə qeyd olunub.

“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO










