Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO

İyunun 10-u saat 9 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun 8-ci kilometrliyində 1994-cü il istehsalı olan 10-VL-923 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yollarda hərəkəti ciddi təhlükə mənbəyidir.
Nəzərə almaq lazımdır ki, belə nəqliyyat vasitələrinin istismarı ilbəil daha da çətinləşir. Bir çox hallarda istehsaldan çıxarılmış modellərin ehtiyat hissələrinin istehsalı da dayandırıldığı üçün avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanılması mümkün olmur. Bu isə həm nəqliyyat vasitəsinin etibarlılığına, həm də yol hərəkəti təhlükəsizliyinə birbaşa mənfi təsir göstərir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, xüsusilə dağlıq və mürəkkəb relyefə malik yollarda hər hansı texniki nasazlıq daha ağır nəticə deməkdir. Başqa sözlə, eyni nasazlıq sadə yol şəraitində nisbətən daha az fəsadlar doğurarsa, enişli-yoxuşlu, yaxud sərt döngəli yollarda bu hal ağırlıq dərəcəsi daha çox olan qəzalara zəmin yarada bilər.
Nəzərə alınmalıdır ki, texniki vəziyyəti təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin istismarı həm sürücü və sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün real təhlükədir.
BDYPİ nəqliyyat vasitəsi sahiblərinə avtomobillərin texniki vəziyyətinə məsuliyyətlə yanaşmağı, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmağı və təhlükəsizlik baxımından risk yaradan nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edir.

“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO










