Uşaqlar yol hərəkəti qaydalarını öyrənib DYP maşını ilə tanış oldular - FOTO

Bakıda yerləşən 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzində 20 nömrəli məktəb-liseyin müraciəti nəzərə alınaraq beşinci sinif şagirdi üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı marifləndirici məşğələ keçirilib.
Avtosfer.az xəbər verir ki, məşğələdə uşaqlarla birgə məktədin müəllimləri və valideynlər də iştirak edib. Əvvəlcə mərkəzin zalında uşaqlarla yol hərəkəti qaydalarına aid viktorinalar, oyunlar keçirilib, rəngləmə materialından istifadə edilərək müxtəlif formalı svetoforlar rənglənib. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıb.
Sonda uşaqlar avtoşəhərcik və oradakı yol nişanları, nişanma xətləri ilə tanış olub, piyada keçidlərindən istifadə etməklə svetoforun işarələrinə əməl edib yolu keçmə qaydalarını nümayiş
etdiriblər. Uşaqlara birtərəfli və ikitərəfli yolların fərqi izah edilib, bu yolların keçilmə qaydaları göstərilib. Sonda şəhərcik ərazisində dövlət yol polisinin xidməti avtomobili ilə tanışlıq və avtomobildə istifadə olunan xüsusi texniki vasitələrə baxış uşaqların marağına səbəb oub.
Məşğələdə Bakı Şəhər BPİ DYP İdarəsinin polis kapitanı Pərvanə. Muradova, polis leytenantı Elnur Mahmudov, 1 nömrəli uşaq–gənclər inkişaf mərkəzinin direktoru Kəmalə Abdullayeva və mərkəzin əməkdaşları iştirak ediblər.
Eltac
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO



























