Uşaqları yol qəzalarından necə qoruyaq? - FOTO

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Başda şəhid və qazi övladları olmaqla bütün balaları ürəkdən təbrik edirəm.
Uşaq travmatizminə qarşı mübarizəni daha da gücləndirmək üçün biz də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 saylı Uşaq İnkişaf Mərkəzi ilə birlikdə uşaqların yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsinə dair uzun bir yol qət etdik. Yol polisi əməkdaşları müəllimlərlə birlikdə 10 mindən artıq şagird arasında maarifləndirmə işi apardı və dünən Bakı şəhər DYP İdarəsində seçilən məktəblər və şagirdlər mükafatlandırıldı. Biz də Avtosfer.az saytı olaraq keçirilən bütün tədbirlərə informasiya dəstəyi olmuşduq deyə mükafatsız qalmadıq. Bakı şəhər DYP İdarəsinin rəisi, cənab Rəşid Piriyevin imzası ilə AVTOSFER.AZ saytı diplomla təltif edildi.
Unutmaq olmaz ki, uşaqlar yol hərəkətinin ən zəif müdafiə olunan iştirakçıları hesab edilir. Bu üzdən də onları yollarda və nəqliyyat vasitələrində qorumaq olduqca vacibdir. Hər bir valideyn bu sahədə fəal və məsuliyyətli olmalıdır.
Nəzərə almaq lazımdır ki, hər il yol qəzalarında 60-dan çox uşağı itiririk.
Onların arasında valideyni ilə birlikdə piyada qismində maşınla vurulanlar və ya valideynin idarə etdiyi maşında hərəkət erərkən qəzaya düşərək həyatını itirənlər çoxdur. Dünyada 14-25 yaşlı yeniyetmə gənclər arasında ölüm səbəbləri sırasında yol qəzaları birinci yerdədir və bu, çox dəhşətlidir.
Deməli, valideynlər övladlarını qorumaqda məsuliyyət hissini daha da artırmalıdır.
Çox şadam ki, son dövrlər orta məktəblərdə keçirilən maarifləndirici tədbirlərdə yüzlərlə fəal uşaq qayda-qanunu bəzi böyüklərdən daha yaxşı qavraya bilib.
Bu istiqamətdə işlər davam etdirilməlidir. Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi dəqiq plan üzrə iş quraraq bunu sistemli şəkildə həyata keçirərsə daha gözəl nəticə əldə edə bilərik.
Bayramınız mübarək əziz uşaqlar!
Sağlam böyüyüb nümunəvi hərəkət iştirakçısı olmağınızı arzu edirəm!
Elməddin Muradlı
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR

















