Vaqif Əsədov yol polisinin telefondan istifadəsindən danışdı

Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər. Bölmə rəisinin sözlərinə görə, inspektorlar bəzən bir-birilərinə informasiyanı mobil telefon vasitəsilə çatdırırlar və bu da qeyri-qanuni hal deyil: “Bəzən vətəndaş elə hesab edir ki, yol polisi əməkdaşı xidmətdə olan zaman mobil telefondan istifadə edə bilməz. Ancaq elə hallar olur ki, danışıq vaxt aparır və ona görə də radiocihazın xəttini məşğul etməmək üçün inspektorlar mobil telefondan istifadə edirlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












