Vətəndaşlar yol polisinin şəklini çəkib nazirliyə göndərdi – FOTO-VİDEO

Son illər cəmiyyətdə Azərbaycan polisinə qarşı münasibət müsbətə doğru dəyişməkdədir. Əvvəllər polisin ancaq mənfi görüntülərini sosial mediada yayırdılarsa bu gün artıq yaxşı əməlləri də çəkib ictimailəşdirirlər. Belə vətəndaşların sayı get-gedə artır. Artıq bu cür foto və videoları həm də Daxili İşləri Nazirliyinə “təşəkkür məktubu” formasında, eləcə də nazirliyin İnstagram və facebook səhifələrinə “nümunəvi davranış” adıyla göndərirlər. DİN-nin sosial mediadakı fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur. Burada onların sualları cavablandırılır, problemlər həllini tapır, istiqamət verilir. Nazirliyinin İnstagram səhifəsinə göndərilən son video və fotolar yol polisinin fəaliyyəti ilə bağlı olub. Avtosfer.az xəbər verir ki, həmin görüntülərdə yol polisləri yaşlı insanlara yolu keçməkdə kömək edir, maşında nasazlıq yarandığı üçün yolda qalan sürücüləri darda qoymurlar. Həm maşını itələyib yoldan kənara çıxarlar, həm də işə salmağa yardım edirlər.
Bu görüntülər izləyicilər tərəfindən də maraqla izlənilir. Bunu həmin görüntülərə yazılan şərhlərdən də görmək mümkündür.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














