Xanım polis əməkdaşı Bakı çempionu oldu - FOTO

Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatı keçirilib. Paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb. Yarışın ilk günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz çəkisi 63 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb və daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.
Qeyd edək ki, N.Axundova dəfələrlə ölkə birinciliyinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.
Nuriyyə Axundovanın məşqçisi, DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov bu qələbənin yetirməsi üçün çox önəmli olduğunu, onu gələcək yarışlara həvəsləndirdiyini dedi.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














