Xatirəyə döndü bu son bahar da… - Əhməd Şirinov

İki ay bundan öncə evində qonaq olmuşdum. Keçirdiyi insult səbəbindən özü ilə kəlmə kəsməsək də ömür-gün yoldaşı Səmayə xanım bir kitablıq xatirə danışmışdı. O, danışdıqca Əhməd müəllim bu söhbətləri birinci dəfə eşidirmiş kimi həm başı ilə təsdiq edir, həm də göz yaşlarını saxlaya bilmirdi. Biz də ona qoşulub kövrəlmişdik. Ömründən ötən anları yaxşı ki, vaxtında şəkillərə köçürməyə zaman tapa bilmişdi. Elə onunla görüşəndə mən də bu tarixi günü fürsət bilib fotoaparatın yaddaşına köçürmüşdüm…
Yaşlı insanlarla söhbət zamanı bir qəribəliyin şahidi olmuşam. İstər şəhərdə doğulub boya-başa çatsın, istərsə də kənddə, nədənsə, insan qocalanda dərdləşmək üçün torpağı, təbiəti özünə yaxın bilir. Dərdini, sərini, sirrini ona danışır. O gün Əhməd Şirinov da Saray qəsəbəsində, öz həyətində, öz əli ilə əkdiyi ağaclarla, güllərlə dərdləşirdi.
Bir parçası olduğumz torpaq bizim südəmərliyimizdən ta qocalana kimi dilimizi yaxşı bilir. Əbəs yerə ana torpaq demirik ki…
Bəlkə də ömrünün son günlərini doğulduğu Qubadlıda yaşasaydı xəstəliyinə güc gəlib dili söz tutardı, nəvələrini başına yığıb acılı-şirinli xatirələrini danışardı. Daş karxanasında daş atdığı günlərdən tutmuş, milis əməkdaşı kimi ən çətin tapşırıqları yerinə yetirdiyini onlara bircə-bircə anladardı…
Sıramızdan bulaq suyu, dağ havası kimi seyrələn insanların yerinin hər şeyin çirkaba bulandığı dünyamızda nə vaxtsa dolacağına ümidimiz azdır. Ürəyi torpaq qədər geniş olanların sayı azalır get-gedə.
“Doğulduğu torpaqlardan uzaqda yaşanan bir ömürə də haqdan, beləcə, nöqtə qoyuldu” cümləsini yazmağa çətinlik çəkirəm. Çünki Əhməd Şirinov kimi insanların həyatı davam edir-onları yada salan, xatırladan xatirələrdə.
Ruhu şad olsun.
Hafiz Təmirov,
polis mayor
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













