Xətai polisi daha bir ilkə imza atdı - FOTOLAR

Xətai RPİ-nin rəhbərliyi daha bir ilkə imza atıb. Adətən, təhsil ocaqlarına görüşə gedən polislərimizin bu dəfə “qonağı” sahibkarlar olublar.RPİ-nin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə “Mülkiyyətin qorunması və mühafizə işinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan idarə rəisi, polis polkovniki Muradəli Babayev bildirib ki, bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün dövlətimiz tərəfindən münbit şərait yaradılıb. Azərbaycanda işsizlik, yoxsulluq səviyyəsinin aşağı düşməsində kiçik və orta sahibkarlığın önəmini vurğulayan idarə rəisi ölkə iqtisadiyyatına töhfələrini verən, insanların rifahının yüksəlməsi üçün öz iqtisadi strategiyası olan şəxslərin həm də dövlətə daha çox vergi verdiklərinə və bunun da ölkə büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların həyat şəraitinə müsbət təsirini qeyd edib.
Tədbirin mövzusuna gəlincə, M.Babayev bildirib öz halal zəhmətilə ailəsinə çörək qazanan, başqalarının çörək qazanmasına yardım edən bu insanların əmlakı, təsərrüfatı bəzən cinayətkar qəsdlərə hədəf olur. Təəssüf ki, ötən dövr ərzində rayon ərazisində qeydə alınan cinayətlərdən böyük əksəriyyəti oğurluq cinayətləridir. Amma bu da var ki, bəzi sahibkarlar polisin daha bir görəvindən-mühafizəsindən yetərincə yararlanmırlar.
Mühafizə işinin təşkili, obyektlərin mühafizəyə cəlb edilməsi və qorunması istiqamətində görülən tədbirlərdən danışan Xətai Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı Nazim Həsənov bildirib ki,onlarbu gün həm polis, həm də yüksək texnologiyaların köməkliyi ilə mənzillərdə və obyektlərdə mühafizəni təşkil edirlər. Hazırda 430 mənzil və 428 obyekt qorunur. N.Həsənov hər bir mənzil və obyekt sahibi ilə bağlanılan müqavilələrdə tərəflərin öhdəlikləri barədə danışıb və etibarlı mühafizə üçün bu gün polisin daha geniş imkanlara sahib olduğunu deyib.
“Yeni Həyat Şirkətlər Qrupu”və “Oba” marketlər şəbəkəsinin nümayəndələri polisin fəaliyyətindən, xidmətindən razılıqlarını ifadə ediblər.
Tədbirdə bir çox məsələlər müzakirə olunub,polis polkovniki Muradəli Babayev əsas etibarı ilə sahibkarların antisanitariya qaydalarına riayət etmələrinin, gələcəyimiz olan gənclərin zərərli vərdişlərdən çəkinmələri üçün onların da aparılan maarifləndirmə tədbirlərinə töhfələrini vermələrinin vacibliyindən söhbət açıb və bu cür tədbirlərin davamlı olacağını qeyd edib.
Hafiz Təmirov,
polis mayoru
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO












