Xəzərdə yol polisi qayda pozan sürücü və piyadaları saxladı; CƏRİMƏLƏNƏNLƏR VAR - VİDEO

Bu gün Xəzər rayonu ərazisində “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Xəzər Rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi atmosferin avtomobillərin ixrac etdiyi qazların tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli və Xəzər rayon DYP Şöbəsinin inspektoru polis baş leytenantı Anar Məmmədov sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara qanunvericiliyin tələblərini izah ediblər. Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib. Əksər sürücülərin avtomobilləri normalara cavab verib. DYP əməkdaşları sürücülərə təşəkkürünü bildirib.
Daha sonra Xəzər rayon DYP Şöbəsinin əməkdaşları Binə qəsəbəsi ərazisində piyada keçidindən istifadə etməyən vətəndaşlar arasında maarifləndirici tədbir keçirib. Yaxın məsafədə keçid olmasına baxmayaraq digər yerlərdən keçən şəxslər DYP tərəfindən saxlanılıb, onların hər biri ilə profilaktiki söhbət aparılıb. Qeyd olunub ki, keçiddən düzgün etməyən piyadalar həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Eyni zamanda, digər şəxslərə də pis nümunə olurlar.
Tədbirlər zamanı avtobus dayanacağını zəbt edən fərdi nəqliyyat vasitələrinin sürücüləri aşkar edilib və onların barəsində inzibati tənbeh tədbiri seçilib.
Səfər
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










