“Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı tədbir keçirildi - FOTOLAR

Dünən Suraxanı rayonu 279 saylı məktəbdə “Yol hərəkəti qaydaları və nəqliyyat mədəniyyəti” adlı maarifləndirici tədbir keçirilib.
Avtosfer.az-ın məlumatına görə, tədbirdə məktəb rəhbərliyi ilə yanaşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sadıq Abbasov, Suraxayı rayon Dövlət Yol Polis Şöbəsinin Yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Kamal Əhmədli, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova, məktəbin kollektivi və şagirdləri iştirak edib.
Vaqif Əsədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Şöbə rəisi qeyd edib ki, tədbirin məktəbdə keçirilməsinin səbəbi budur ki, azyaşlılar, məktəblilər də yol qəzalarının qurbanı olur. Bu səbəbdən azyaşlıları, məktəbliləri maarifləndirməyə ehtiyac var.
1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova da yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb.
Eyni zamanda tədbirdə yol hərəkəti qaydalarına əməl etməyin əhəmiyyəti barədə həm Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə, həm də Avropa ölkələrində çəkilən sosial sujetlər nümayiş olunub, bununla bağlı müzakirələr aparılıb.
Şöbə rəisi Vaqif Əsədov bildirib ki, Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları təbliğat işini gücləndirmək məqsədilə məhz bu məktəbi seçib: “Bu gün keçirilən tədbir sırf yol hərəkəti təhlükəsizliyinin təbliğatına dair işi gücləndirməkdir. Sağ olsun məktəb rəhbərliyi, kollektivi də bu görüşdə olduqca fəal iştirak etdi. Hesab edirik ki, gələn görüşlərimizdə şagirdlər özlərini daha da aktiv göstərəcəklər”.
279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayeva isə deyib ki, tədbinin təşkil edilməsində Bakı şəhəri Suraxayı rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Sadıq Abbasovun və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun da böyük rolu oldu: “Tədbir uşaqlarda motivasiya yaratdı, yol hərəkəti qaydaları ilə bağlı maarrifləndirici tədbir oldu. Bu cür maarifləndirici tədbirləri davam etdirəcəyik”.
Tədbirin sonunda fərqlənən şagirdlərə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.
Elmin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO

























