"Yol hərəkəti təhlükəsizliyində piyadaların rolu" - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin, tərtib edilmiş cədvəl üzrə keçirilməsi nəzərdə tutulub. Növbəti tədbirlərŞəki rayonu, Turan qəsəbə tam orta məktəbində və İnçə kənd tam orta məktəbində keçirilib.
Turan qəsəbə tam orta məktəbində keçirilən tədbirdə Şəki RPİ-nin rəisi, polkovnik Əbülfət Rzayev, Şəki rayon prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edib.
İnçə kənd tam orta məktəbində keçirilən tədbirdə isə Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi Anar Məmmədov, Şəki DYP-nin inspektoru Tural Niftalıyev, azyaşlılar üzrə inspektorlar, baş leytenant Anar Xalıqov və Səlim Səlimov çıxış edib.
Hüquq mühafizə orqanlarının rəhbərliyi və əməkdaşları, keçirilən tədbirlərdə çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar veriblər.
Polis baş leytenantı Tural Niftalıyev təhsil müəssisələrinin direktorlarına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.
Tədbirlərin yekununda, mövzularla bağlı məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb, bu istiqamətdə tədbirlərin mütəmadi olaraq rayonun digər təhsil müəssisələrində də keçiriləcəyi qeyd olunub.
Emin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














