Yol polisi avtomobildən at, eşşək və it əti aşkarladı: 10 DA 091 - FOTO + VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Qaradağ rayonu ərazisində "Mercedes" markalı 10 DA 091 dövlət nömrə nişanlı avtomobil ağır yüklə şübhəli hərəkətlər doğurduğu üçün saxlayıblar. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, DYP-nin Qaradağ postunda saxlanılan avtomobilin yük yeri yoxlanan zaman mənşəyi məlum olmayan 400 kq murdar ət aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, sümükdən təmizlənmiş at, eşşək və it əti Bakı şəhərində fəaliyyət göstərən dönərxanalara və restoranlara aparılır.
Sürücü qeyd edib ki, o taksi fəaliyyəti ilə məşğul olur və ətləri ünvanlara çatdırır.
YPX əməkdaşları aidiyyəti qurumlara bu barədə məlumat verib. Qida Təhlükəsizliyi Agentliyi səyyar laboratoriya vasitəsilə ətləri analiz edib. Məlum olub ki, ətlərin tərkibi çox qarışıqdır. Odur ki, daha böyük laboratoriya müayinələri üçün paytaxta aparılıb.
Qeyd edək ki, YPX əməkdaşları mütəmadi olaraq bu cür faktlar aşkarlayır. Mənşəyi məlum olmayan ət daşıyanlar Qaradağ postunda saxlanıldıqdan sonra başqa yollarla Bakıya daxil ola bilirlər.
Avtosfer.az görüntüləri təqdim edir:
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















