Yol polisi “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığını davam etdirir - FOTO

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar hərəkətin intensivliyinin yüksək olduğu küçə və yollarda, təhsil müəssisələrinin qarşısında məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin 12 sentyabr 2018-ci il tarixli müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Zaqatala Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən də hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbir zamanı sürücülər saxlanılaraq onların yaddaşlarının təzələməsi üçün Yol Hərəkəti Haqqında Qanunun və Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri bir daha ətraflı şəkildə izah olunub.
Namiq

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












