Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO

Ötən günlərdən birində Dövlət Yol Polisinin (DYP) yaydığı videoda sürücüyə duman işıqlarını lazımsız yerə yandırdığına görə xəbərdarlıq edildiyi görünür. Polis cərimə yazılmalı halda sürücüyə sadəcə qayda pozuntusu izah etməsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bir çox sürücülər duman işıqlarından yersiz istifadə edən şəxslərdən gileylənərək cərimə tətbiqini düzgün hesab etdiklərini qeyd ediblər.
Mövzu ilə bağlı danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, duman işıqlarından istifadə etməklə bağlı bütün tələblər qanunvericilikdə açıq şəkildə yazılıb:
“Bu işıqlar adından da göründüyü kimi məhdud görünmə şəraitində dumanlı havada yandırıla bilər. Xüsusən də arxa duman fənərləri çox həssas bir məsələdir. Çünki arxadan gələn nəqliyyat vasitələrinin sürücülərinin gözünü qamaşdırır. Düzgün ara məsafəsi saxlamaq olmur. Yəni çətinlik yaradır. Ona görə bəzi sürücülər bunu anlamalıdırlar ki, bu təhlükəli bir hərəkətdir və buna yol vermək olmaz. Bəziləri məqsədli şəkildə, bəziləri bilməyərəkdən edir”.
Ekspert hesab edir ki, bir çox sürücü “Yol hərəkəti haqqında” Qanunu yaxşı oxumayıb:

“Əminəm ki onların ümumiyyətlə, o kitabı açıb oxumaq imkanı olmayıb ki, bilsinlər ki, bu qadağandır. Oxusa da, imtahanı vermək üçün oxuyub. Sonradan da heç maraqlanmayıb ki, qayda-qanun nədir. Ümumi mənzərə təxminən bundan ibarətdir”.
E.Muradlı DYP əməkdaşlarının maarifləndirici reydləri daha əvvəl də keçirdiyini və hər sürücüyə cərimə yazılmadığını bildirib:
“Yol polisi maarifləndirici məqsədlə həmin videonu onu paylaşmışdı. Belə reydlər dəfələrlə olub, mən də iştirak etmişəm. Yol polisi də bizlərdən biridir. O, saxladığı hər sürücüyə cərimə yazmır, məlumatlandırır, başa salır, izah edir. “Yol polisi hər saxladığı sürücüyə cərimə yazır” düşüncəsi doğru deyil. Bu cür maarifləndirici addımlar da lazımdır və kifayət qədər də təsirlidir”.
Ekspert “xəta törətdiyi halda hansı halda sürücüyə cərimə yazılmır?” cavabını belə cavablandırıb:
“Ümumiyyətlə, əvvəlki qanunvericilikdən fərqli olaraq hazırda mövcud olan qaydalarda sürücülərə hər hansı bir xəbərdarlıq nəzərdə tutulmur. Bu, sadəcə yol polisinin mülayim, maarifləndirici, təbliğat xarakterli yanaşmasıdır.
Bizim qaydalarda hər hansı məqam yoxdur ki, tördəilən xətaya görə, yol polisi cərimə yazmamalı, sadəcə xəbərdarlıq etməlidir. Amma biz reydlərdə iştirak edirik və görürük ki, həqiqətən sistemdə sürücünün il ərzində sistemdə görünən heç bir xətası olmayıb, amma ya zəlzələdən, ya vəlvələdən əlində telefonla sükan arxasındadır. Bunu xəbərdarlıqla ötüşdürmüşük. Adam da səhvini başa düşüb, üzrxahlıq edib, hətta utanıb sifəti qızarıb ki, mən belə səhv etməzdim. Elə olur ki, ya ailə üzvlərindən kimsə təcili yığıb, ya xəstəsi olan telefona cavab verməyə məcbur qalıb.
Yaxud da baxırsınız ki adam nizam-intizamlı sürücüdür, amma təhlükəsizlik kəmərini yarımçıq taxır. Soruşduqda deyir ki, ürəyim sıxılır, paltarımı əzir. Xüsusən də xanımlar bunu deyirlər. Belə olmaz. Təhlükəsizlik kəmərinin konstruksiyası elə nəzərdə tutulub ki, bunun hər hansı bir zərəri yoxdur. adı da üstündədir, bir insanın təhlükəsizliyini qoruyur. Yəni bu deyilənlər müxtəlif bəhanələrdir.
Parklanma mövzusunda da müəyyən səhvə yol verən insanlar var. Məsələn, gəlir təcrübəsi azdır deyə parklanma yerində səhv saxlayır. Belə insanlara qarşı anlayış göstərmək olar. Yoxsa ki, mən qırmızıdan keçirəm və düşüb deyirəm ki, üzr istəyirəm. “Üzr istəyirəm” nədir? Bunun üzrlə və yaxud xəbərdarlıqla heç bir əlaqəsi yoxdur. Sürət həddinin aşılması da qırmızı işıq kimi təsadüfi səhv deyil. Sürət həddi 60 olan yerdə 120 və ya 180-la maşın sürüb sonra “nə olar bunu bağışlayın” demək olmaz. Bu yolverilməzdir”./olke.az
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












