Yol polisi qayda pozan sürücü və piyadaları belə yaxaladı - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə profilaktik tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.
Həmçinin piyadaların yolun hərəkət hissəsinə qəfil çıxması, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının çirkləndiyi üçün görünməməsi, eləcə də yanqoşqusu olmayan motosiklet, moped, velosiped və kiçik elektrikli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yol kənarında ikinci və sonrakı cərgədə dayanması kimi qayda pozuntuları qeydə alınıb. Qaydanı pozan hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparılaraq təhlükəsizliyin vacibliyi bir daha diqqətə çatdırılıb.
Hörmətli hərəkət iştirakçıları! Gəlin, yollarda qaydalara əməl etməklə həm öz həyatımıza dəyər verək, həm də başqalarının həyatını təhlükəyə atmayaq. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO













